İlisu kəndində yerləşən Sumu Qalanı ziyarət etdik – qədim tarixi olan Qax rayonundan salam olsun

Bu dəfə Qaxa səfərimiz çərçivəsində Sumuq qalaya baş çəkdik.

Sumu Qala – Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində yerləşən müdafiə qülləsidir. XVIII əsrdə inşa olunub. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur.

Biz də qədim tariximizi ziyarət etməklə yanaşı, çəkib göstərmək qərarına gəldik…

Bu yazını Facebookda şərh et