Tehran Azərbaycan və Ermənistan arasında sülhə necə baxır? – Əhməd Şahidov ARB24`ə danışıb

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşır. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Ermənistanın Azərbaycana aid kəndlərdən 4-nün geri qaytarılması ilə bağlı sualı şərh edərkən deyib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşma böyük sülhə aparan yolda böyük addımdır. Artıq bütün dünya ölkələri və beynəlxalq təşkilatlar bu razılaşmanı təqdir edirlər. Belə olan halda İran İslam Respublikasının fərqli yanaşma sərgiləməsi şübhələrə yol açardı. Bu baxımdan Tehranın müsbət açıqlama verməsi gözlənilən idi. Amma gələcəkdə bölgədə baş verəcək hadisələrə İranın reaksiyası birmənalı olmaya bilər. Tehran hələ ki gözləmə mövqeyindədir.

Bu yazını Facebookda şərh et