“Ukraynaya edilən yeni yardımlar müharibəni alovlandıracaq” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Amerika Birləşmiş Ştatları Ukraynaya ən böyük hərbi yardım paketini ayırıb. Vaşinqtonun bu addımının ardından digər Avropa ölkələri də Kiyevə hərbi yardımlarını artırmağa qərar veriblər.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, yaxın həftələrdə Ukrayna-Rusiya arasında hərbi əməliyyatlar daha şiddətli fazaya daxil olacaq. Ukraynaya göndərilən hərbi yardımlar Rusiyaya qarşı hərbi əməliyyatların intensivləşməsinə gətirib çıxacaq. Rusiya ordusunun da cavab əməliyyatları nəticəsində cəbhədə şiddətli döyüşlərin hələ uzun müddət davam edəcəyi gözlənilir.

Bu yazını Facebookda şərh et