“AŞPA daxilində Azərbaycana qarşı qərəzli qüvvələr var” – Əhməd Şahidov ARB24 kanalına danışıb

2024-cü ilin Yanvar ayında Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi Bakı ilə AŞPA arasında münasibətləri gərginləşdirdi. Bunun ardınca alman deputat Frank Şvabenin Azərbaycan əleyhinə iftira dolu ittihamları münasibətləri pik həddə çatdırıb.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA daxilində Azərbaycan əleyhinə qərəzli qüvvələrin olduğuna diqqət çəkərək, həmin qüvvələrin Fransa və Almaniyadan ciddi təlimatlar aldıqlarını da bildirdi.

Bu yazını Facebookda şərh et