Əhməd Şahidov Ermənistanda davam edən etiraz aksiyaları və Azərbaycan kəndlərinin geri qaytarılmasını ARB24`ə şərh edib

Ermənistanda etiraz aksiyaları artıq bir müddətdir ki davam edir. Revanşist qüvvələr tərəfindən təşkil olunan bu aksiyalara erməni kilsəsi də dəstək verir. Etirazçılar kəndlərin Azərbaycana geri verilməsinə və sülh müqaviləsinin imzalanmasına narazılıqlarını bildirir və baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, bu aksiyalar keçici xarakter daşıyır və Azərbaycan-Ermənistan delimitasiya prosesinə təsiri olmayacaq. İstənilən halda 8 kənd Azərbaycana geri veriləcək və sonda iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.

Bu yazını Facebookda şərh et