Əhməd Şahidov 4 kəndin Azərbaycana təhvil verilməsini ARB24 kanalına şərh edib

Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, Qazaxın 4 kəndi Azərbaycana təhvil verilir. Bu qərara etiraz edən bir qrup erməni sakin sərhəd bölgəsində yerləşən Tavuş rayonunda etiraz aksiyası keçiriblər.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu kimi xırda etirazlar ümumən sülh prosesinə heç bir təsir göstərə bilməyəcək və kəndlərin qaytarılması prosesi yekunlaşdıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq.

Bu yazını Facebookda şərh et