“Avropa institutlarının Azərbaycan əleyhinə qətnamələri qərəzlidir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Bir sıra Avropa institutları Azərbaycana qarşı qərəzli siyasətini hələ də davam etdirir. Ermənistana açıq dəstək göstərən Avropa institutlarının Azərbaycan-Ermənistan arasında davam edən sərhədlərin delimitasiya prosesinə yönəlik şantaj xarakterli bəyanatları Azərbaycanı haqlı mövqeyindən geri çəkilməsinə yönəlib.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Avropa institutlarının qərəzli bəyanatlarını Azərbaycandan qisas almaq cəhdi kimi dəyərləndirib: “Azərbaycanın İkinci Qarabağ Müharibəsində əldə etdiyi Zəfər Avropa institutlarını rahatsız edir və son 3 ildir ki, rəsmi Bakıya qarşı qisas əməliyyatını həyata keçirməyə çalışırlar.”

Bu yazını Facebookda şərh et