“Azərbaycan və Ermənistan arasında sülh üçün tarixi şans yaranıb” – Əhməd Şahidov ATƏT`də çıxış edib

Aprelin 22-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə “Beynəlxalq insan haqları və beynəlxalq humanitar hüququn qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans öz işinə başlayıb.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və hökumət rəsmilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında insan haqları və humanitar hüquq məsələləri müzakirə edilib.

Toplantıda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları barədə danışıb və əldə edilən razılaşmaları yüksək qiymətləndirib. Cənubi Qafqazda sülhün əldə edilməsində vətəndaş cəmiyyəti nümaynədələrinin roluna önəm verən Əhməd Şahidov ATƏT üzvü olan ölkələrin Azərbaycan-Ermənistan sülh prosesinə dəstək vermələrini istəyib.

Bu yazını Facebookda şərh et