“Azərbaycanın Ukraynaya hərbi yardım etməsi xəbəri ermənilərin ucuz təxribatıdır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Son günlər erməni mediası Azərbaycana qarşı növbəti ucuz təbliğata start verib. Erməni mediası iddia edir ki, “guya Azərbaycan dövləti Ukraynaya hərbi yardım göndərib.” Heç bir sübuta və konkret fakta əsaslanmayan bu məlumat əslində Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, müasir dövrdə ölkələr arasında hərbi və ya mülki aviasiya yüklərinin daşınmasını gizlətmək qeyri-mümkündür. Belə bir hal olsaydı, dərhal ortaya çıxardı. Erməni mediası açıq təxribatla məşğul olur və bu gülünc iddiaya da kimsə inanmır. Azərbaycan Ukraynaya dəfələrlə humanitar yardım göndərib və bunu gizlətmir. Amma ölkələr arasında hərbi yardımlaşma olmayıb və gözlənilmir.

Bu yazını Facebookda şərh et