“Ukrayna-Rusiya cəbhəsində sülh perspektivi görünmür” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ukrayna-Rusiya cəbhəsində hərbi əməliyyatlar şiddətlənməkdədir. Moskvada törədilən terror aktından sonra Kreml Ukraynadan, dolayısıyla Qərbdən qisasını almağa çalışır. Rus ordusu bir-birinin ardınca Ukryana şəhərlərini bombalamaqdadır. Ukrayna Ordusu da Rusiyaya qarşı hərbi əməliyyatları intensivləşdirib.

Mövzu ilə bağlı ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov hazırkı şərtlərdə tərəflər arasında hər hansı sülh və dialoqun əldə edilməsinin mümkün olmadığını bildirib və hərbi əməliyyatların coğrafiyasının daha da genişlənəcəyini qeyd edib.

Bu yazını Facebookda şərh et