Əhməd Şahidov 8 kəndin Azərbaycana verilməsi məsələsini ARB24 Televiziyasına şərh edib

Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarında 8 kəndin təhvil verilməsi gündəmdədir. Artıq Ermənistan hakimiyyəti bu məsələdə ilkin razılığını ifadə edib. Hazırda erməni cəmiyyətinin bu məsələdə müəyyən etirazları qalmaqdadır ki, qısa müddət ərzində bu məsələdə də öz həllini tapacaq.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, 8 kəndin Azərbaycana geri verilməsi artıq razılaşdırılıb. Hətta Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyası da həmin kəndlərə səfər etməkdən imtina edərək, dolayısıyla həmin kəndlərin Azərbaycan əraziləri olduğunu təsdiq etmiş olublar.

Bu yazını Facebookda şərh et