“Fələstində soyqırım törədilir, amma dünya susur” – Əhməd Şahidov ATƏT`də İsraili tənqid etdi

Aprelin 23-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə “Beynəlxalq insan haqları və beynəlxalq humanitar hüququn qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans öz işini davam etdirib.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və hökumət rəsmilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında insan haqları və humanitar hüquq məsələləri müzakirə edilib.

Toplantıda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Yaxın Şərqdə davam edən müharibə cinayətlərinə diqqət çəkərək İsrail Ordusunun Fələstində soyqırım törətdiyini və Avropa institutlarının buna səssiz qaldığını bildirdi. İsraili sərt şəkildə tənqid edən hüquq müdafiəçisi Əhməd Şahidov Fələstində öldürülən günahsız insanların, uşaq və qadınlarının haqlarının müdafiəsi üçün heç bir addım atılmadığını da qeyd edib.

Bu yazını Facebookda şərh et