Əhməd Şahidov İstanbulda keçiriləcək “Azərbaycanla Qardaşlıq Konfransı”nın əhəmiyyətindən danışıb

Türk Dövlətləri Təşkilatının Ağsaqqallılar Şurasının sədri Binəli Yıldırım, Vətən Partiyasının sədri Doğu Perinçek, Yeni Azərbaycan Partiyası İcraiyyə Komitəsinin üzvü Elşad Mirbəşiroğlu və KKTC Prezidentinin müşaviri Hüseyn Macit Yusuf 25 Fevral Cümə günü, saat 14.00-da İstanbulda Universitetdə keçiriləcək “Azərbaycanla Qardaşlıq Konfransı”nda çıxış edəcəklər.

Konfransın təşkilatçıları arasında Türkiyə və Azərbaycanın aparıcı təşkilatları da var. Türkiyə Gənclər Birliyi, Milli Strategiya Mərkəzi, Respublika Qadınlar Dərnəyi, Tələt Paşa Komitəsi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq naminə qardaşlıq körpülərinin möhkəmləndirilməsi və Qarabağ Zəfəri ilə imperializmə qarşı formalaşan əməkdaşlığın Avrasiya baxımından strateji əhəmiyyəti qiymətləndiriləcək.

Ulusal Kanala danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov fevralın 25-də İstanbulda keçiriləcək “Azərbaycanla Qardaşlıq Konfransı”nın əhəmiyyətindən danışıb.

Bu yazını Facebookda şərh et