Bakıda gecə klubunda partlayış: 1 ölü, 24 yaralı var – qaz sızması ehtimalı – Əhməd Şahidov TRT World kanalında şərh verib

Azərbaycanın paytaxtı Bakıda gecə klubunda baş verən partlayışda 1 nəfər ölüb, 24 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir və ilkin ehtimallara görə, qaz sızması ola bilər. Partlayışın baş verdiyi Location klubda yaralanan 24 nəfərin çoxunun yanıq xəsarətləri aldığı və xəstəxanalara aparıldığı bildirilib. Yanğınsöndürənlər hadisəyə müdaxilə etmək üçün gecə saat 3 radələrində şəhərin mərkəzində yerləşən kluba gediblər.

Əhməd Şahidov TRT World kanalında bu məsələyə münasibət bildirib.

Bu yazını Facebookda şərh et