“İranda baş verənlər Tehran rejiminin daxili məsələsi deyil” – Əhməd Şahidov ARB24 kanalında danışıb

İran İslam Respublikasının Dehqolan, Diziçe, Zahedan, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

Etirazlarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Xameneyi qatildir, hökuməti batildir!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneiyə ölüm!” və digər şüarlar səsləndirilib. İranda əmanətçilər rejimə etiraz olaraq öz pullarını banklardan çıxarır. Amma hökumət bankları nağdlaşdırma əməliyyatlarına limit tətbiq edib. Tehranda gecə-gündüz divarlara “Xameneyiyə ölüm!”, “Qələbə bizimlədir!” kimi şüarlar səsləndirilir.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “İş Vaxtı” verilişində danışan siyasi şərhçi Əhməd Şahidov İranda baş verənlərin rəsmi Tehranın daxili işi olmadığını və Güney Azərbaycanda baş verənlərin rəsmi Bakı tərəfindən də yaxından izləndiyini bildirib.

Bu yazını Facebookda şərh et