“Xoydakı zəlzələdə zərər görən minlərlə azərbaycanlı köməksiz qalıb” – Əhməd Şahidov ARB24`ə danışıb

Güney Azərbaycanın problemlərinə Tehran rejiminin laqeydliyi davam edir. Bu özünü təbii fəlakətlər zamanı da göstərir. Yanvarın 28-də Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Xoy şəhərində zəlzələ baş verib. Hadisə nəticəsində ölənlərin və yaralananların olduğuna dair məlumatlar yayılıb. Habelə bölgənin 70-dən artıq kəndində evlərə ziyan dəyib. Rəsmi açıqlamaya əsasən, şəhər və kəndlərdəki 3500 yaşayış yerinə ziyan dəyib.

5 gündür təbii fəlakətdən zərərçəkənlər özlərinin düzəltdiyi çadırlarda və sığınacaq yerlərində gecələyirlər. İran Qızıl Aypara Cəmiyyətinin verdiyi çadırlar yetərli deyil. Türkiyənin Qızıl Aypara Cəmiyyətinin və Azərbaycan dövlətinin yardım təkliflərindən isə Tehran rejimi imtina edib.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “İş Vaxtı” verilişində danışan hüquq müdafiəçisi Əhməd Şahidov İranda etnik azərbaycanlılara qarşı ayrıseçkiliyin əsla qəbuledilməz olduğunu deyib.

Bu yazını Facebookda şərh et