Türkiyə terrorla mübarizə sahəsində çox böyük uğurlar əldə edib – Əhməd Şahidov Xəzər Televiziyasına danışıb

Türkiyə Respublikası uzun illərdir terrordan əziyyət çəkən bir ölkə kimi artıq bu qlobal bəlanın kökünü qazıya bilib. Son illərdə Türk Silahlı Qüvvələri, hüquq mühafizə orqanları və kəşfiyyatı PKK, YPG, PYD və digər terror təşkilatlarına qarşı ölkə sərhədlərindən kənarda uğurlu nöqtə əməliyyatları aparmaqdadır və terror təşkilatlarının rəhbər şəxsləri keçirilən antiterror əməliyyatları zamanı zərərsizləşdirilir.

Xüsusən də Rəcəb Tayyip Ərdoğanın iqtidarı dövründə Türkiyə terrorla mübarizə sahəsində xeyli uğurlar əldə edib və terror Türkiyə sərhədləri xaricinə çıxarılıb.

Mövzu ilə bağlı Xəzər Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov Türk Silahlı Qüvvələri və Türk kəşfiyyatının keçirdiyi birgə əməliyyatlara Türkiyə istehsalı olan İHA və SİHA`ların da cəlb edildiyini və qısa müddət ərzində yüksək nəticələr əldə edildiyini bildirib.

Bu yazını Facebookda şərh et