“Erdoğan yenidən seçilərsə, Türkiyə nüvə ölkəsi olacaq” – Əhməd Şahidov Hindistan Televiziyasına danışıb

Türkiyədə keçiriləcək 14 May seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Türkiyə Cümhuriyyətinin müttəfiqləri ilə yanaşı, rəqibləri də bu seçkilərdə kimin qalib gələcəyini maraqla izləməkdədir.

Çünki, 14 May seçkilərinin nəticələri Türkiyənin gələcək siyasətində ciddi rol oynayacaq.

Mövzu ilə bağlı Hindistanın ən böyük televiziyası olan Wion kanalına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hazırkı prezident Receb Tayyip Erdoğanın yenidən qalib gəlməsi, Türkiyənin siyasi və hərbi gücünün yüksəlişinə aparacaq: “Bugün Türkiyə dünyada müstəqil siyasət yürüdür. Özünün aparıcı hərbi-müdafiə sənayesi var və dünyanın öndə gedən silahları məhz Türkiyədə istehsal olunur. Əgər Erdoğan yenidən seçilərsə, bu siyasət davam edəcək və Türkiyə nüvə ölkəsi olacaq”

Ana müxalifət lideri olan Kemal Kılıçdaroğlunun qələbə qazanacağı təqdirdə isə Türkiyənin daxili və xarici siyasıtində ciddi dəyişiklərin olacağını bildirən Əhməd Şahidov Ankaranın daha çox ABŞ və NATO siyasətinə üstünlük verəcəyini və Ukraynadakı müharibədə aktiv yer alacağını qeyd edib.

Bu yazını Facebookda şərh et