“Erdoğan üçün kritik seçkilərdir, amma müxalifətin şansları azdır” – Əhməd Şahidov Hindistan Televiziyasına danışıb

Türkiyədə keçiriləcək seçkilərə saatlar qalıb. Bugün bütün Türkiyə ərazisində təbliğat-təşviqat kampaniyası dayandırılıb.

Son analizlər göstərir ki, bu dəfə də Recep Tayyip Erdoğanın qələbə qazanma şanslar yüksəkdir. Müxalifət əvvəlki seçkilərə nisbətən daha güclü və təşkilatlanmış formada olsa da, Kemal Kılıçdaroğlunun qələbə qazanma şansları azdır.

Mövzu ilə bağlı Hindistan Televiziyası Wion TV`ə açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ölkədə mövcud sosial çətinliklər, zəlzələdən sonra Türkiyənin üzləşdiyi ciddi problemlər, xüsusən də ölkədə milyonlarla suriyalı və digər qaçqınların olması vətəndaşların əksəriyyətini mövcud iqtidardan narazı duruma salıb. Lakin buna baxmayaraq, son 20 ildə Türkiyənin əldə etdiyi beynəlxalq siyasi, hərbi və iqtisadi üstünlüklər Recep Tayyip Erdoğan iqtidarının xidmətləri sayəsində mümkün olmuşdur.

Bugün cəmiyyətin seçkilər məsələsində iki hissəyə bölündüyünü bildirən Əhməd Şahidov 14 May seçkilərinin Türkiyə tarixində ən kritik, həlledici və gərgin seçkilər olduğunu bildirib: “Erdoğan üçün kritik seçkilərdir, amma müxalifətin şansları azdır”

Bu yazını Facebookda şərh et