“Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur” – Əhməd Şahidov Ulusal Kanal`a danışıb

Yanvarın 24-də AŞPA Monitorinq Komitəsində Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməsi məsələsinə baxılıb və Almaniyadan olan deputat Frank Şvabenin məruzəsi dəstəklənib. Beləliklə, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti 2025-ci ilin Yanvar ayına qədər məhdudlaşdırılıb. Növbəti 1 il ərzində azərbaycanlı deputatlar AŞPA-nın fəaliyyətindən kənarlaşdırılıb.

AŞPA`nın Qış Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Ulusal Kanal Televiziyasına açıqlamasında bildirib ki, AŞPA`nın bu qərarı Fransa tərəfindən Azərbaycana qarşı qərəzli siyasətin davamıdır və Azərbaycan, cavab olaraq, AŞPA üzvlüyündən tamamilə imtina edə bilər.

Bu yazını Facebookda şərh et