“Ermənistan öz konstitusiyasını dəyişməsə, sülh mümkün deyil” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistanın müstəqillik bəyannaməsi Azərbaycanla sülhə maneədir. Mövcud konstitusiya ilə Ermənistan heç vaxt qonşuları ilə, xüsusən də Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşaya bilməz. Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşdırması üçün ölkəyə yeni Konstitusiya lazımdır.

Məsələ ilə bağlı ARB24 kanalına açıqlama verən hüquq müdaifəçisi Əhməd Şahidov bildirib ki, Ermənistan konstitusiyası Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına əsaslanır. Bu baxımdan erməni xalqı qısa müddətdə ana qanunlarına dəyişiklik etməli və sülh prosesini sürətləndirməlidir.

Bu yazını Facebookda şərh et