“ABŞ`ın Ermənistandakı səfirliyinin bəyanatı açıq təxribatdır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

ABŞ-ın Ermənistandakı səfirliyi bəyanat yayaraq, səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Göyçə bölgəsi, Basarkeçərin şərqi, Zəngəzur bölgəsi, Gorusun şərqi və Qafanın cənubuna getməməyə çağırıb. ABŞ bu xəbərdarlığı adətən “Azərbaycan hücum edəcək” fikri formalaşdırmaq üçün edir və rəsmi Baklya təzyiq məqsədi daşıyır.

Mövzu ilə bağlı ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov ABŞ`ın Ermənistandakı səfirliyinin bu açıqlamasını açıq təxribat adlandırıb və bu məlumatın həqiqəti əks etdirmədiyini deyib. Məqsəd Ermənistan-Azərbaycan sülh danışıqlarında rəsmi Bakıya təzyiq göstərmək və Azərbaycana aid 8 kəndin geri verilməsi məsələsini təxirə salmaqdır.

Bu yazını Facebookda şərh et