Əhməd Şahidov Dohada keçirilən beynəlxalq konfransda münaqişələr zamanı humanitar hüququn əhəmiyyətindən danışıb

Fevralın 6-da Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi və BMT`nin İnsan Haqları üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı öz işinə başlayıb. “Qida Hüququ: İnsan Haqları Prizmasından” (Food Justice From a Human Rights Perspective) başlıqlı beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

Beynəlxalq konfransda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirələrində çıxış edərək dünyada yaşanan münaqişələr zamanı mülki əhalinin hədəfə alındığını və sıravi vətəndaşların qida təhlükəsizliyinin hərbi məqsədlər üçün istifadə edildiyini bildirib.

Azərbaycan Ordusunun 2020-ci ildə həyata keçirdiyi 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı mülki ermənilərin əsla hədəfə alınmadığını deyən Əhməd Şahidov bölgəni könüllü şəkildə tərk edən erməni vətəndaşlar üçün təhlükəsiz dəhliz açıldığını və həmin şəxslərin qida təminatının Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirildiyini xüsusi vurğulayıb.

Bu yazını Facebookda şərh et