Dohada keçirilən beynəlxalq konfransda çıxış edən Əhməd Şahidov münaqişələrə yanaşmada ikili standartları tənqid edib

6-7 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi və BMT`nin İnsan Haqları üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı keçirilib. “Qida Hüququ: İnsan Haqları Prizmasından” (Food Justice From a Human Rights Perspective) başlıqlı beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

Konfransın ikinci günündə çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov dünyada yaşanan münaqişələr zamanı beynəlxalq təşkilatların və Qərb dövlətlərinin ikili standartlar tətbiq etməsini tənqid edib. İsrail-Fələstin, Ukrayna-Rusiya və Azərbaycan-Ermənistan münaqişələri arasında paralel aparan Əhməd Şahidov eyni tip münaqişələrə fərqli yanaşmanın mövcud olduğunu və BMT Təhlükəsizlik Şurasının, o cümlədən digər beynəlxalq təşkilatların münaqişələrin həllində sərgilədiyi qərəzli və ikili yanaşmanın qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Bu yazını Facebookda şərh et