Əhməd Şahidov Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi ilə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib

6-7 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi və BMT`nin İnsan Haqları üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı keçirilib. “Qida Hüququ: İnsan Haqları Prizmasından” (Food Justice From a Human Rights Perspective) başlıqlı beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

Konfrans çərçivəsində Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Həsən Əl Jamali ilə görüşən hüquq müdafiəçisi Əhməd Şahidov Dohada keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib və Qətər Milli İnsan Haqları Komitəsinə minnətdarlığını ifadə edib.

Qarşılıqlı əməkdaşlıq perspektivləri barədə söz açan Sultan bin Həsən Əl Jamali hüquq müdafiəçisi Əhməd Şahidovun beynəlxalq təşkilatlardakı fəaliyyətini yüksək qiymətləndirib və ortaq layihələrin zərurliyini vurğulayıb.

Bu yazını Facebookda şərh et