Əhməd Şahidov Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Attiyah ilə görüşüb

6-7 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi və BMT`nin İnsan Haqları üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı keçirilib. “Qida Hüququ: İnsan Haqları Prizmasından” (Food Justice From a Human Rights Perspective) başlıqlı beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

Konfrans çərçivəsində Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Attiyah ilə görüşən hüquq müdafiəçisi Əhməd Şahidov Dohada keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib və Qətər Milli İnsan Haqları Komitəsinə minnətdarlığını ifadə edib.

Bu yazını Facebookda şərh et