AŞPA Qarabağ Zəfərinin qisasını alır – Əhməd Şahidov rəsmi Bakıya qarşı qəbul edilən qərarı TV5 kanalına şərh etdi

Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb.

AŞPA`nın Qış Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov TV5 Televiziyasına açıqlamasında bildirib ki, AŞPA`nın bu qərarı Fransa tərəfindən Azərbaycana qarşı qərəzli siyasətin davamıdır və Azərbaycan, cavab olaraq, AŞPA üzvlüyündən imtina edə bilər.

Bu yazını Facebookda şərh et