Əhməd Şahidov İstanbul Aydın Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbirdə çıxış edib

İstanbul Aydın Universitetində erməni vandalları tərəfindən işgəncələrə məruz qalaraq öldürülən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

İslahatçı Gənclər İctimai Birliyi və universitet rəhbərliyi soyqırımda həyatını itirən vətəndaşlarımızın fotoşəkillərindən ibarət sərgi təşkil edib.

Tədbirdə İslahatçı Gənclər İctimai Birliyinin üzvləri, İstanbul Aydın Universitetinin prorektoru Prof.Dr. Zəfər Aslan, Azərbaycanın İstanbul Baş Konsulluğunun əməkdaşları, Türkiyə və azərbaycanlı tələbələr iştirak ediblər.

Foto sərgi çərçivəsində məktəblilərə və tədbir iştirakçılarına Xocalıda baş vermiş dəhşətli soyqırımı əks etdirən broşürlər və üzərində “Xocalıya ədalət” yazısı olan döş nişanları paylanılıb.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 44 günlük müharibədə Azərbaycanın qələbəsindən və bu müharibədə qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəkdən danışıb.

Bu yazını Facebookda şərh et