Əhməd Şahidov “Azərbaycanla qardaşlıq konfransı”nda emosional çıxış etdi: “Türkiyəyə minnətdarıq!”

Türkiyə, Azərbaycan və ŞKTC gəncləri İstanbul Universitetində keçirilən “Azərbaycanla Qardaşlıq Konfransı”nda bir araya gəldilər. Konfransın əsas şüarı “Asiya aparıcı rol oynayır və yeni dünya qurulur” idi. Tədbirdə Türkiyənin Vatan Partiyasının sədri Doğu Perinçekə Qarabağ zəfərinə verdiyi töhfələrə və Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu tərəfindən mükafat təqdim edilib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov rəhbərlik etdiyi təşkilat adından Doğu Perinçekə təşəkkür edərək, “Cənab Doğu Perinçek Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığı üçün institutumuz tərəfindən Zəfər Mükafatı ilə təltif olunur. Çünki Doğu Perinçek sıradan bir Türkiyə vətəndaşı deyil. Təşkilatımız və Azərbaycan xalqı adından Qarabağ hadisələrini bütün dünyaya çatdırdığı üçün cənab Perinçekə təşəkkürümü bildirirəm”, dedi.

Bu yazını Facebookda şərh et