Əhməd Şahidov Xocalı və Qəzzada baş verən soyqırımlar barədə ANews kanalında danışıb

Dünyada baş verən münaqişələrə və hərbi cinayətlərə hüquqi qiymət verilərkən ikili standartlar tətbiq edilir. 1992-ci ildə Qarabağda törədilmiş Xocalı soyqırımına hələ də beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməyib. Eyni yanaşma bu gün Qəzzada baş verən soyqırıma da tətbiq edilir.

ANews kanalının qonağı olan politoloq Əhməd Şahidov hazırda dünyada baş verən münaqişələrlə bağlı ikili standartları sərt şəkildə tənqid edib. Jurnalist Cəmilə Nəşəd`in suallarını cavablandıran Əhməd Şahidov 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımını bu gün Qəzzada törədilən qətliamlarla bərabər tutaraq, Qərb dünyasında ikili standartları tənqid edib.

Bu yazını Facebookda şərh et