Əhməd Şahidov Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı ARB24 Televiziyasına müsahibə verib

Son günlər Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı Avropanın müxtəlif institutlarından Bakıya təzyiq xarakterli açıqlamalar gəlməkdədir. İki ölkə arasında davam edən sülh danışıqlarında Ermənistana açıq dəstək göstərən Avropa İttifaqı rəsmilərinin Azərbaycana təzyiq xarakterli açıqlamaları qəbul edilən deyil.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında baş tutacağını bildirib və Avropa intitutları rəsmilərinin bundan narahatlıq hiss duymasının anlaşılmaz olduğunu deyib.

Bu yazını Facebookda şərh et