Şuşa Bəyannaməsinin 1-ci ildönümü – Əhməd Şahidov Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərindən danışıb

Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür.

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın rəmzi şəhəri olan Şuşada Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən imzalanıb.

Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik prinsipi əsasında imzalanan ilk sənəd olan Şuşa Bəyannaməsi ilə tərəflər bütün mühüm məsələlərdə, habelə beynəlxalq və regional təşkilatlarda bir-birini tam dəstəkləməyi öhdələrinə götürdülər. Bəyannamə ilə tərəflər bir daha hərbi, müdafiə sənayesi texnologiyaları, enerji, nəqliyyat, iqtisadi və humanitar məsələlərə qədər bir çox sahədə əlaqələri inkişaf etdirmək əzmində olduqlarını ifadə etdilər.

Ulusal Kanal`ın “Günlük” verilişində Seda Anık`ın qonağı olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə toxunub.

Bu yazını Facebookda şərh et