Nüfuzlu Al-Hurra televiziyasında gərgin Qarabağ debatı – Tiqran Aboyan və Əhməd Şahidov

Mənzil qərargahı Vaşinqtonda yerləşən və ərəb dilində yayımlanan nüfuzlu Al Hurra televiziyasında Qarabağda yaşanan son gərginlik barədə proqram yayımlanıb. Ermənistan və Azərbaycandan ekspertlərin qatıldığı canlı debatda ötən həftə Laçında 1 Azərbaycan əsgərinin Şəhid edilməsi və buna cavab olaraq, Azərbaycan Ordusunun başlatdığı “Qisas” anti terror əməliyyatları müzakirə olunub.

Gərgin keçən debatda erməni tərəfindən tanınmış ekspert Tiqran Aboyan, Azərbaycandan isə hüquq müdafiəçisi Əhməd Şahidov qatılıb.

Əhməd Şahidov öz çıxışında 10 Noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın şərtlərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, Qarabağ ərazisində hələ də silahlı erməni birliklərin qaldığını və Azərbaycanın haqlı olaraq, öz suveren ərazisində anti terror əməliyyatları apardığını bildirib.

#Azərbaycan #Ermənistan #Qarabağ

Bu yazını Facebookda şərh et