“Qərbi Trakyada Türklərin milli kimliyi və dini inanc azadlığı təqib olunur” – Əhməd Şahidov ATƏT-də Yunanıstanı tənqid edib

Sentyabrın 29-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işini davam etdirib. Bugünkü müzakirələrin mövzusu “Dini inanc azadlıqları təməlində rasizm, diskriminasiya və dözümsüzlük” ilə bağlı idi.

Müzakirələrdə yaxından iştirak edən Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Yunanıstanda yaşayan Türk mənşəli vətəndaşların pozulan hüquqlarından danışıb.

Qərbi Trakya bölgəsində yaşayan Türklərin uzun illərdir milli kimliklərinin tanınmadığını, dini inanc azadlıqlarının məhdudlaşdırıldığını və Türk mənşəli vətəndaşların seçilmək hüququnun kobud surətdə pozulduğunu bildirən hüquq müdafiəçisi Yunanıstanı sərt şəkildə tənqid edib.

Bu yazını Facebookda şərh et