Əhməd Şahidov Ermənistan-Hindistan silah müqaviləsinə münasibət bildirib: “Biz Türkiyə-Azərbaycan-Pakistanıq”

Hindistanın Ermənistanla hərbi əməkdaşlığı və 270 milyon dollar dəyərində silah satması regionda sülh prosesinə mane olmaq üçün atılan addımdır.

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad edərək regionda yeni reallıqlar yaratdı.

Dünya ölkələri sülh prosesinə töhfə verə bilməsələr də, heç olmasa müharibəni alovlandırmamağa çalışmalıdırlar.

Hindistan bu addımı ilə haqq və ədalətin deyil, işğalın tərəfində olduğunu göstərdi.

Pakistan televiziyasına danışan Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirib ki, Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı bütün bu təhlükələrə qarşı birgə mübarizə aparır.

Bu yazını Facebookda şərh et