Əhməd Şahidov Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısını BBNTürk kanalında şərh edib

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib.

Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə edə biləcəklər.

“Avropa siyasi birliyi” çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistan ldierləri bir araya gələrək, bölgədə sülh və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mövzu ilə bağlı BBNTürk kanalına müsahibə verən Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısını şərh edib.

Bu yazını Facebookda şərh et