“Ukrayna-Rusiya savaşında qürurlu anlaşma mümkündür” – Əhməd Şahidov TV5 kanalında bölgədəki son durumu şərh edib

Ukrayna-Rusiya savaşı 233-cü gündür davam edir. Hər iki tərəf ciddi itkilər verməkdədir. Son 4 bölgənin ilhaqının ardından Rusiyaya birləşdirilməsi müharibənin yeni və daha şiddətli mərhələyə keçməsinə səbəb olub.

Krım körpüsünün partladılması və buna cavab olaraq, Kiyev və digər şəhərlərin bombalanması tərəflərin müharibəni davam etdirməkdə qərarlı olduğunu göstərir. Lakin Astanada baş tutan görüşlərdə Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Ukrayna və Rusiya arasında sülhə nail olmaq üçün addımlar atması və rəsmi Ankaranın vasitəçilik missiyası yüksək qiymətləndirilir.

TV5 kanalında “Dünya Gündəmi” proqramında danışan Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ukrayna-Rusiya savaşındakı son durumu dəyərləndirib və aparıcı Kazım Kazımovun suallarını cavablandırıb.

Bu yazını Facebookda şərh et