“Azərbaycanlılara məxsus qəbirlərin dağıdılması müharibə cinayətidir” – Əhməd Şahidov Xəzər Televiziyasına danışıb

Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir.

Məsələ ilə bağlı beynəlxalq təşkilatların susqunluq nümayiş etdirdiyini deyən hüquq müdafiəçisi Əhməd Şahidov Xəzər Televiziyasına açıqlamasında UNESCO və digər beynəlxalq humanitar təşkilatların Fransada yerləşdiyini və rəsmi Parisin təlimatı ilə hərəkət etdiyini bildirib. Bu səbəbdən həmin beynəlxalq təşkilatların Fransanın xarici siyasətini izlədiyini deyən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycana münasibətdə ikili standartların tətbiq edildiyini diqqətə çatdırıb.

Bu yazını Facebookda şərh et