“Rəcəb Tayyip Ərdoğanın Zəngilan və Cəbrayıla bugünkü səfəri hamıya açıq mesajdır” – Əhməd Şahidov

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Mövzu ilə bağlı BengüTürk Televiziyasına danışan Əhməd Şahidov Azərbaycan-Türkiyə münasibətlərini şərh edib və jurnalist Dilara Özer`in suallarını cavablandırıb.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Bu yazını Facebookda şərh et