“Zəngəzur koridoru açılmasa, bölgədə yeni savaş qaçılmaz olacaq” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Ermənistanın qeyri-konstruktiv mövqeyi bölgədə yeni gərginliyə yol açmaqdadır. 10 Noyabr 2020-ci il tarixli üçlü razılaşmanın şərtlərinə əməl etməyən Ermənistan tərəfinin Rusiya ilə münasibətlərdə sərt açıqlamaları bölgədə yeni gərginlik mənbəyinə çevrilib.

Laçın-Xankəndi yolu üzərində davam edən etiraz aksiyaları fonunda Nikol Paşinyanın Rusiya əleyhinə sərt tənqidləri Kremlin narazılığına səbəb olub.

Cənubi Qafqazda davam edən gərginliklərlə bağlı TRT Arabia kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov Ermənistanın Zəngəzur Koridorunun açılmasını əngəlləyə bilməyəcəyini bildirib: “Zəngəzur Koridoru açılacaq. Azərbaycan tərəfi Ermənistana bu ilin sonuna qədər vaxt verib. Əks halda yeni hərbi əməliyyatlar qaçılmaz olacaq.”

Bu yazını Facebookda şərh et