ATƏT Nazirlər Şurasının iclasında nələr müzakirə olunur – Əhməd Şahidov Lodzdan BBNTürk-ə danışıb

Polşanın sədrliyi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclası başlayıb. Paytaxt Varşavadan təxminən 140 kilometr aralıda yerləşən Lodz şəhərində keçirilən konfrans 2 gün davam edəcək.

Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT-in fəaliyyətdə olan sədri kimi həmkarlarını qapıda qarşılayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 29-cu iclasında iştirak etmək üçün dünən Lodza səfər edib.

Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in baş katibi Helqa Şmidlə ikitərəfli görüşlər keçirib.

ATƏT Nazirlər Şurasının iclasında iştirak edən beynəlxalq əlaqələr üzrə mütəxəssis Dr. Əhməd Şahidov Lodzdan BBNTürk Televiziyası üçün dəyərləndirmə aparıb.

Bu yazını Facebookda şərh et