“Asharq News” kanalında İranın Ukrayna-Rusiya müharibəsindəki rolu və qonşularına münasibəti müzakirə olunub

Ukrayna-Rusiya müharibəsi 277-ci günündə davam edir. Bu müharibə təkcə iki ölkə arasında deyil, Qərblə Rusiya arasında gedir və Rusiyanı dəstəkləyən ölkələr də müharibədə iştirak edirlər.

İran İslam Respublikası da bu müharibənin bir iştirakçısı kimi görünür. Rusiya hərbçiləri Ukraynada İran istehsalı olan kamikadze dron və raketlərdən istifadə edir. İranlı təlimçilər Ukraynada rus əsgərlərinə təlim keçir.

Ərəb dünyasının ən məşhur telekanallarından olan “Asharq News” kanalında İranın Ukrayna-Rusiya müharibəsində iştirakı müzakirə olunub.

Beynəlxalq əlaqələr üzrə ekspert Dr. Əhməd Şahidov bildirib ki, İran ordusu bugün Ukraynadakı müharibədə fəal rol alır və buna görə də Qərb ölkələrinin daha sərt sanksiyaları ilə üzləşir.

İran İslam Respublikasının qonşuları ilə əlaqələrinə toxunan Dr. Əhməd Şahidov İran ordusunun son 2 ildə Azərbaycan sərhədində 3 dəfə hərbi təlimlər keçirdiyini və İran hakimiyyətinin Azərbaycanı hədələdiyini bildirib.

Bu yazını Facebookda şərh et