Rusiyadan KKTC`yə konsulluq və birbaşa uçuş hazırlığı – Dr. Əhməd Şahidov BBNTürk kanalına danışıb

Rusiya KKTC`yə birbaşa uçuşlar həyata keçirməyə hazırlaşır. BBNTürk kanalına danışan beynəlxalq əlaqələr üzrə ekspert Dr. Əhməd Şahidovun sözlərinə görə, Rusiyadan ilk reys noyabrın 15-də, KKTC-nin 39-cu ildönümünə planlaşdırılıb.

Rusiya mətbuatı Moskvanın KKTC-də nümayəndəlik açmağı planlaşdırdığını və adanın Türk tərəfinə birbaşa uçuşlara başlayacağını açıqlayıb.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Şimali Kipr Türk Cümhuriyyətində yaşayan ruslar üçün konsulluq açmaq üçün KKTC tərəfi ilə danışıqlar apardıqlarını açıqlayıb.

BBNTürk kanalında danışan beynəlxalq əlaqələr üzrə ekspert Dr. Əhməd Şahidov jurnalist Emre Dinerin suallarını cavablandırıb.

Bu yazını Facebookda şərh et