“Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında sülhə ümid hələ də var” – Əhməd Şahidov BBNTürk kanalına danışıb

Ukrayna-Rusiya müharibəsi şiddətli mərhələyə qədəm qoyur. Krım körpüsünün partladılmasından sonra Rusiya Kiyevə raket zərbələri endirib və yaxın müttəfiqi Belarusu aktiv hərbi əməliyyatlara daxil etməyi planlaşdırır.

Bu arada Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin ilk iclası keçirilib.

İclasa dəvət olunmuş 44 Avropa ölkəsindən 43-ü liderlər səviyyəsində təmsil olunub.

May ayında Fransa prezidenti Emmanuel Makronun təklifi ilə keçirilən toplantıya 27 Avropa İttifaqı (Aİ) ölkəsi ilə yanaşı, Avropa qitəsindən də 17 ölkə dəvət olunmuşdu. Görüşə təkcə Rusiya və Belarus dəvət olunmadı.

Ukraynadakı müharibənin təsirlərinin müzakirə edildiyi toplantıda sülh və təhlükəsizlik, enerji, iqlim və iqtisadiyyat mövzularında sessiyalar keçirilib. Görüş zamanı bir çox liderlər ikitərəfli görüşlər keçiriblər.

Avropa Siyasi Birliyi çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistan liderləri bir araya gələrək regionda sülh və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Dr. Əhməd Şahidov Praqada keçirilən Avropa Siyasi Birliyi çərçivəsində keçirilən debatlarla bağlı fikirlərini bölüşüb, jurnalist Emre Dinerin suallarını cavablandırıb.

Bu yazını Facebookda şərh et