“Putinin bu qərarı NATO-Rusiya müharibəsinə yol aça bilər” – Əhməd Şahidov BBNTürk kanalına danışıb

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya ilhaqına dair sazişləri imzalayıb.

Kreml sarayında deputatlar, hökumət rəsmiləri, vilayət qubernatorları və QHT nümayəndələri qarşısında çıxış edən Putin Ukraynadakı bölgələrin ilhaqı ilə bağlı açıqlamalar verib.

Ukraynanın qondarma Donetsk və Luqansk Xalq Cümhuriyyətləri ilə Rusiya ordusunun nəzarətində olan Xerson və Zaporojya bölgələrində Rusiyanın tərkibinə qatılmaq üçün referendumlar keçirildiyini bildirən Putin, “Bu gün Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən Rusiyaya təhvil verilməsi ilə bağlı müqavilələr imzalayacağıq. Əminəm ki, Rusiya Federal Məclisi bu 4 regionun Rusiyanın tərkibinə daxil edilməsi və formalaşması ilə bağlı konstitusiya qanunlarını dəstəkləyəcək. Çünki bu, milyonlarla insanın iradəsidir” dedi.

Mövzu ilə bağlı BBNTürk kanalına danışan Əhməd Şahidov bu qərardan sonra Ukrayna ilə Rusiya arasında müharibənin daha şiddətli bir formaya çevriləcəyini bildirib.

Bu yazını Facebookda şərh et