Əhməd Şahidov İkinci Qarabağ müharibəsi ilə bağlı fikirlərini İnterAz kanalına bölüşüb

Azərbaycanın erməni işğalı altında olan torpaqları azad etmək üçün başladığı və qələbə ilə başa vurduğu Qarabağ müharibəsi 2 il əvvəl bu gün başladı. Sentyabrın 27-də başlanmış Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əməliyyatının bu gün 2-ci ildönümü qeyd olunur.

Bu gün Ermənistanın Azərbaycana yönəlik təcavüzünə qarşı müdafiə xəttində əks-hücumlarla müharibəyə başlayan Azərbaycan ordusunun Qarabağ qələbəsinin 2-ci ildönümüdür. Sentyabrın 27-də Azərbaycanın sərhəddə erməni qoşunlarına qarşı başladığı müharibə 44 günlük müharibə və ya İkinci Qarabağ Qələbəsi kimi də tanınır. Azərbaycan noyabrın 8-də Şuşanın və digər torpaqların erməni işğalından azad edilməsi əməliyyatı ilə 5 şəhər, 4 qəsəbə, 286 kəndi azad etməklə müharibəni qələbə ilə başa vurdu. Müharibənin sonunda 2 min 907 Azərbaycan əsgəri Şəhid oldu. Məğlubiyyəti qəbul edən işğalçı Ermənistan noyabrın 10-da işğal olunmuş Ağdam, Laçın və Kəlbəcər rayonlarının boşaldılmasını vəd edərək müqavilə imzaladı.

İkinci Qarabağ müharibəsi ilə bağlı fikirlərini İnterAz kanalına bölüşən politoloq Dr. Əhməd Şahidov bildirib ki, Azərbaycan bugün də diplomatik arenada qətiyyətlə mübarizə aparır.

Bu yazını Facebookda şərh et