Rusiyada səfərbərlik elan edildiyi üçün Qarabağdakı rus qoşunları geri çağırıla bilər – Akit TV

Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs davam etsə də, bölgədə gərginlik hələ də davam edir. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərindən sonra Ermənistan Rusiyadan ciddi uzaqlaşma dövrünü yaşayır. Rusiyanın buna reaksiyasının sərt olacağı gözlənilir.

Digər tərəfdən, Rusiyada səfərbərlik elan edilməsi Ukrayna-Rusiya müharibəsində yeni mərhələyə qədəm qoyulduğundan xəbər verir. Belə olan halda Cənubi Qafqazda vəziyyətin dəyişəcəyi gözlənilir.

Mövzu ilə bağlı Akit TV-yə maraqlı açıqlamalar verən siyasi şərhçi Dr. Əhməd Şahidov Rusiyada səfərbərlik elan olunduğu üçün Qarabağdakı rus qoşunlarının geri çağırıla biləcəyini bildirib.

Bu yazını Facebookda şərh et