“Ermənistanın anti-Rusiya siyasəti regionda yeni gərginliyə səbəb ola bilər” – Əhməd Şahidov

Son günlər erməni icmalarının Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına hücum cəhdləri ciddi narahatlıq doğurub.

Vandalizm və terror ünsürlərinin iştirakı ilə edilən cəhdlər diplomatların həyatına və əmlakına zərər vurmaq məqsədi daşıyır və buna görə də cinayət əməli hesab olunur.

Sosial şəbəkələrdə erməni qruplaşmalarının Azərbaycanın ABŞ, Fransa və Livandakı səfirliklərinə basqın etməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb.

Mövzu ilə bağlı ON4 Telekanalına danışan beynəlxalq əlaqələr üzrə ekspert Dr. Əhməd Şahidov bildirib ki, ermənilərin Azərbaycan səfirliklərinə hücumu beynəlxalq hüququn pozulmasıdır: “Biz radikal erməni qruplaşmalarının cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumlardan öz vəzifələrinə məsuliyyətlə yanaşmalarını gözləyirik. Azərbaycan radikal erməni qruplaşmalarının törətdiyi vandalizm aktlarının müvafiq dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərə hüquqi qiymət verilməsini tələb edir”.

Bu yazını Facebookda şərh et