Əhməd Şahidov Ulusal Kanal`ın “Görmə bucağı” verilişində bölgədəki son vəziyyətlə bağlı açıqlamalar verib

Azərbaycan Ordusu daha 21 şəhid verib. Ermənistanın son günlər başlatdığı təxribatlar nəticəsində Azərbaycan Ordusunun şəhid olan əsgərlərinin sayı 71-ə çatıb.

Ermənistanda insanlar küçələrə axışaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Son toqquşmalarda erməni tərəfinin 400-dən çox əsgər itirdiyi bildirilir.

İran İslam Respublikası ordusu bölgədəki gərginlik səbəbindən Ermənistanla sərhəddə ordu toplamağa başlayıb və İran ordusu döyüşə hazır vəziyyətə gətirilib.

Siyasi şərhçi Əhməd Şahidov Ulusal Kanal Televiziyasında Emra Şen`in aparıcılığı ilə yayımlanan “Görmə bucağı” proqramına qatılaraq bölgədəki son vəziyyətlə bağlı açıqlamalar verib.

Bu yazını Facebookda şərh et