“Erdoğanın Azərbaycana səfəri bölgə və dünya ölkələrinə önəmli bir mesajdır” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

İyunun 13-də Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi olub. Daha sonra iki ölkə lideri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında təkbətək görüş keçirilib.

Mövzu ilə bağlı TRT Arabia Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov Türkiyə prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə və ümumən Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə yol açacağını bildirib.

Bu yazını Facebookda şərh et